Bank Of Baku

Rusiya müdafiə nazirinin şəxsi fotoqrafı intihar edib

Rusiya müdafiə nazirinin şəxsi fotoqrafı intihar edib
# 20 aprel 2009 11:11 (UTC +04:00)
Moskva-APA. Rusiya müdafiə nazirinin şəxsi fotoqrafı Leonid Yakutin təltif olunduğu tapançadan atəş açaraq intihar edib. APA-nın məlumatına görə, Müdafiə Nazirliyinin “Voeninform” foto-video məhsulları agentliyinin şöbə redkatorunun intihar etməsi səbəb kimi sağalmaq xəstəliyi göstərilir. Nazirliyin təmsilçisinin “İnterfaks”a bildirdiyinə görə, intihar etməzdən əvvəl ailəsinə kağız yazan Yakutin sağalmaz xəstəlikdən müalicə olmaqdan bezdiyini, çıxış yolunu özünü öldürməkdə gördüyünü bildirib. Leonid Yakutin Rusiyanın bütün müdafiə nazirlərinin şəxsi fotoqrafı olub. O, nazirlər İqor Rodinov, İqor Sergeyev, Sergey İvanov və Anatoli Serdyukovun rəsmi tədbirlərində çəkilişlər aparıb. Rusiyanın ən yaxşı fotomüxbirlərindən olan Yakutinin çəkdiyi fotolar ölkənin bütün aparıcı dövri mətbuat orqanlarında dərc olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR