Bank Of Baku

Ermənistanda müxalifətin mayın 1-də mitinq keçirmək barədə müraciətinə rədd cavabı verilib

Ermənistanda müxalifətin mayın 1-də mitinq keçirmək barədə müraciətinə rədd cavabı verilib
# 20 aprel 2009 13:47 (UTC +04:00)
İrəvan-APA. İrəvan meriyası Ermənistan Kommunist Partiyası və “Qnçakyan” partiyasının mayın 1-də paytaxtda yürüş keçirmək barədə müraciətinə rədd cavabı verib. APA-nın məlumatına görə, müraciəti dəyərləndirən meriya rəhbərliyi bildirib ki, nümayişin keçirilməsi 1 və 2 may üçün nəzərdə tutulmuş xalq gəzintilərinə mane ola bilər. Hələlik bu partiyalar 1 may nümayişi ilə bağlı hansı addımlar atacaqlarını açıqlamayıblar. Qeyd edək ki, “Qnçakyan” Sosial-Demokrat Partiyası Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın liderlik etdiyi Ermənistan Milli Konqresinə daxildir. “RİA Novosti” agentliyi Ter-Petrosyanın 1 may mitinqində çıxış edəcəyi barədə məlumat yayıb. Qeyd edək ki, Ermənistan Milli Komitəsi İrəvan meriyasına seçkilərdə Levon-Ter Petrosyanın namizədlər siyahısına rəhbərlik etməsi barədə qərar çıxarıb. Qeyd edək ki, Ermənistan tarixində ilk dəfə İrəvan meri təyinatla deyil, seçki yolu ilə müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR