Bank Of Baku

Gürcüstan müxalifəti kütləvi aksiyaları bərpa edib

Gürcüstan müxalifəti kütləvi aksiyaları bərpa edib
# 21 aprel 2009 15:02 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə Gürcüstan müxalifətinin təşkilatçılığı ilə növbəti kütləvi aksiya başlayıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, yerli vaxtla saat 15.20-də başlanan mitinqdə prezidentliyə keçmiş namizəd Levan Qaçeçiladze, Demokratik Hərəkat - Vahid Gürcüstan Partiyasının lideri Nino Burcanadze, “Vahid Gürcüstan Uğrunda Hərəkat” Partiyasının liderlərindən biri Eka Beseliya, “Gürcüstan Naminə Alyans”ın lideri İrakli Alasaniya və başqaları çıxış edib. N. Burcanadze mitinqdən öncə APA-ya açıqlamasında mübarizənin yeni mərhələsinə başladıqlarını bildirib: “Rayonlardan gələcək əhalini gözləyirik”.

Mitinqdə qeyd olunub ki, prezidentin Avlabardakı iqamətgahı və Gürcüstan İctimai Televiziyasının qarşısında da aksiyalar keçiriləcək. İ. Alasaniya aksiya iştirakçılarının Konstitusiyaya uyğun hərəkət edəcəyini, amma onlara qarşı zor tətbiq edənlərə cavab verəcəklərini bildirib. Mitinqdə müxalifətin 8 təmsilçisinin Gürcüstanın bölgələrinə yola düşdüyü qeyd edilib. Bildirilib ki, onlar bölgələrdə yaşayan insanların Tiflisdəki mitinqə səfərbər edilməsi üçün çalışacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR