Bank Of Baku

Tiflisdə Alla Dudayevanın rəsm əsərlərinin sərgisi keçirilib - FOTOSESSİYA

Tiflisdə Alla Dudayevanın rəsm əsərlərinin sərgisi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 22 aprel 2009 07:50 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Dünən Gürcüstanın paytaxtı Tiflisin “Kopala” rəsm qalereyasında Çeçenistanın ilk prezidenti, mərhum Cövhər Dudayevin xanımı Alla Dudayevanın rəsm əsərlərinin sərgisi keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, sərgidə A. Dudayevanın 29 əsəri nümayiş etdirilib. Cövhər Dudayevin portreti, “Soyqırım”, "Yaz gəldi", "Uçan qəlblər", "Küləklər əsən sahil", "Ölümə gedən yollar", "Henrixin uşaqları" və digər əsərlər tamaşaçıların marağına səbəb olub. A. Dudayeva APA-nın Gürcüstan bürosunun müxbirinə bildirib ki, rəsm sənəti ilə uşaq yaşlarından məşğuldur: “Tiflisdə rəsm əsərlərimin sərgisinin təşkili təsadüfi deyil. Aprelin 21-i Cövhər Dudayevin anım günüdür. Mən çox şadam ki, gürcü xalqı məni bu əlamətdar gün münasibətilə buraya dəvət edib. Mən Tiflisə gələndə bu şəhəri qarmaqarışıq gördüm. Düşündüm ki, rəsm əsərlərimin dili ilə tamaşaçılara Çeçenistan xalqının başına gətirilənləri və müharibənin dəhşətlərini göstərməliyəm. Gürcü xalqı bunu görüb ibrət götürməlidir. Sülh müharibədən yaxşıdır. Sülhü qorumaq üçün fırçamın gücündən bacardığım qədər istifadə edəcəyəm".

A. Dudayeva 3 il Bakıda yaşadığını söyləyərək Azərbaycan paytaxtında da onun rəsm əsərlərinin sərgisinin keçirildiyini söyləyib: “”Küləklər əsən sahil" əsərimi birbaşa naturadan gözəl Xəzərin sahilində çəkmişəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR