Bank Of Baku

Gürcüstan Ermənistana gedən qazı kəsəcək

Gürcüstan Ermənistana gedən qazı kəsəcək
# 22 aprel 2009 12:30 (UTC +04:00)
İrəvan – APA. Gürcüstan Ermənistana Rusiya təbii qazının tranzitini 3 günlüyə dayandıracaq. APA-nın xəbərinə görə, bu barədə “ArmRosqazprom” şirkəti açıqlama yayıb. Gürcüstan tərəfi magistral qaz kəmərinin Tiflis ətrafındakı hissəsində təmir aparılacağı üçün qazın kəsiləcəyini bildirib. Tranzit aprelin 23-dən 26-na qədər dayanacaq. Həmin günlərdə Ermənistan əhalisi yeraltı anbarlardakı ehtiyatlar hesabına qazla təmin ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR