Bank Of Baku

MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun qərargahı Moskvada yerləşəcək

MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun qərargahı Moskvada yerləşəcək
# 22 aprel 2009 15:11 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun qərargahı Moskvada yerləşəcək. APA-nın Rusiya XİN-ə istinadən verdiyi məlumatına görə, bununla bağlı bu gün Moskvada Rusiya hökuməti ilə Fond arasında saziş imzalanıb. Rusiya hökuməti adından sənədi xarici işlər naziri Sergey Lavrov Fondun adından isə Qazaxıstanın təhsil və elm naziri Janseit Tuymebayev imzalayıblar.

İmzalanma mərasimində Rusiya rəsmiləri ilə yanaşı, MDB ölkələrinin Moskvada akkreditə olunmuş səfirləri də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR