Bank Of Baku

Serj Sarkisyan: “Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz qalır”

Serj Sarkisyan: “Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz qalır”
# 23 aprel 2009 13:39 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Dağlıq Qarabağ münaqişəsinin həllinə verdiyiniz əvəzsiz töhfəyə görə Rusiyaya və şəxsən sizə təşəkkür edirəm. Azərbaycan prezidentinin səfərinin yekunları əsasında da qeyd etmək istəyirəm ki, sizin mövqeyiniz dəyişməzdir, möhkəmdir və ondan ibarətdir ki, münaqişə beynəlxalq hüququn bütün prinsipləri əsasında həll olunmalıdır”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Dmitri Medvedevlə görüşündə deyib. O, Cənubi Qafqazda Rusiyanı inamla strateji tərəfdaş adlandıran daha bir dövlətin meydana çıxmasından sevindiyini söyləyib: “Bu, o deməkdir ki, Rusiyanın Dağlıq Qarabağ problemini həllində Rusiyanın rolu və imkanları artır”.
S. Sarkisyan yaxın 3-4 ildə Ermənistanda Rusiya şirkətlərinin iştirakı ilə yeni Atom Elektrik Stansiyasının inşasından sonra ölkədə Rusiya sərmayəsinin həcminin 5 milyard dollara çatacağını vurğulayıb. O, Ermənistanda Rusiya sərmayəsi ilə 1250 şirkətin qeydiyyatdan keçdiyini də açıqlayıb: “İstənilən ölkə Rusiya kimi tərəfdaşla qürur duymalıdır və biz bununla qürur duyuruq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR