Bank Of Baku

Gürcüstan müxalifətinin liderlərindən biri: “Aksiyalar davam edəcək”

Gürcüstan müxalifətinin liderlərindən biri: “Aksiyalar davam edəcək”
# 23 aprel 2009 15:08 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. “Bizim etiraz aksiyaları davamlı olacaq. Yenə də Tiflis administrasiya binaları qarşısında aksiyalar keçirəcəyik”. Bu sözləri barədə APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstan Mühafizəkarlar Partiyasının liderlərindən olan Kaxa Kukava deyib. Birləşmiş Gürcüstan müxalifətinin indiyə qədər keçirilən aksiyalarının ilk uğurlarının olduğunu deyən müxalifət lideri bunları söyləyib: “Bu gün parlament rəhbərliyi bəyanat verib ki, artıq parlamentin iclasları regionlarda keçiriləcək. Bu aksiyamızın ilk uğurudur. Bu deməkdir ki, parlament Tiflisdən qaçır”.

Aksiyaların davamlı olaraq keçirilməsini “psixoloji mübarizə” adlandıran K. Kukava mitinqlərin bir ay və daha çox davam edə biləcəyini qeyd edib: “Görək, Saakaşvili nə qədər davam edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR