Bank Of Baku

Müxalifətin təzyiqləri nəticəsində Gürcüstan İctimai Televiziyasının Qəyyumlar Şurasının 3 üzvü istefa verib - FOTOSESSİYA

Müxalifətin təzyiqləri nəticəsində Gürcüstan İctimai Televiziyasının Qəyyumlar Şurasının 3 üzvü istefa verib - <font color=red>FOTOSESSİYA </font>
# 24 aprel 2009 08:53 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtındakı etiraz aksiyasının iştirakçıları Azadlıq meydanında və şəhərin digər yerlərində 140-dan çox qəfəs quraşdırıblar. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, aprelin 23-də başlayan yaz yağışı Rustaveli prospektində insanların sayının azalmasına səbəb olub. Bununla yanaşı, qərbi və şərqi Gürcüstandan yüzlərlə müxalifət tərəfdarı Tiflisə gəlib. Onlar şəhərin mərkəzində qurulmuş qəfəslərdə (kameralarda) gecələyiblər.

Aprelin 23-də axşam başlayan mitinqdə müxalifət liderləri Bejan Kunava, Zviad Dzidziquri, Levan Qaçeçiladze, Konstantin Qamsaxurdiya, Eka Beseliya, Nino Burcanadze, Qoqa Xaindrava və başqaları çıxış edərək yağmur altında onlara qulaq asan insanları mübarizəyə səsləyiblər. Z. Dzidziquri bildirib ki, Mixail Saakaşvili xalqın yox, Milli Hərəkat Partiyasının prezidentidir: “Xalq küçədə durub onun istefasını tələb edir, o isə kartof problemindən danışır”. Bu arada Milli Hərəkat Partiyasının Tiflisin “Naxalovka” deyilən ərazisində fəaliyyət göstərən bir neçə ilk təşkilatının üzvləri müxalifətə qoşularaq mitinqdə iştirak ediblər. İqtidar partiyasının baş katibi Zurab Melikişvili jurnalistlərə açıqlamasında bunu “sürpriz” hesab etmədiyini söyləyib: “Bir ay əvvəl bu adamlarla görüşüm olub. Bilirdim ki, onlar belə bir addım atacaqlar”. E. Beseliya isə hakim partiyanın digər üzvlərini də müxalifətə qoşulmağa çağırıb: “Biz onların günahlarını bağışlamağa hazırıq”. K. Qamsaxurdiya çıxışında M. Saakaşvilini "başsız atlı" adlandırıb. N. Burcanadze “məxməri inqilab” zamanı da yağış yağdığını xatırladaraq tarixi paralellik aparıb. Q. Xaindrava isə aksiya iştirakçılarını İctimai Televiziya qarşısında mitinqi davam etdirməyə çağırıb. Müxalifətin aramsız təzyiqləri nəticəsində İTV-nin Qəyyumlar Şurasının 3 üzvü – Sosial Elmlər Universitetinin professoru Marina Vekua, tarixçi Giya Ançabadze və müğənni İrma Soxadze istefaya gediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR