Bank Of Baku

Müxalifətçilər Mixail Saakaşvilinin restorandakı şam yeməyinə mane olublar

Müxalifətçilər Mixail Saakaşvilinin restorandakı şam yeməyinə mane olublar
# 24 aprel 2009 09:02 (UTC +04:00)
Tiflis – APA. Aprelin 22-dən 23-nə keçən gecə müxalifət tərəfdarları Tiflis restoranlarının birində prezident Mixail Saakaşvilinin yemək yeməsinə mane olublar. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, M. Saakaşvili Marcanaşvili adına teatrın yanındakı restorana gəldikdən 10 dəqiqə sonra müxalifət tərəfdarları restoranın qarşısına yığışaraq etiraz aksiyası keçiriblər. Müxalifətçilər kafenin girişinə doğru kök və kələm atıblar. Polislə müxalifətçilər arasında itələşmə zamanı M. Saakaşvili restoranı tərk edib. M. Saakaşvili getdikdən sonra müxalifət liderlərindən biri olan sabiq parlament sədri Nino Burcanadze hadisə yerinə gəlib. O, xalqın 15 gündür küçələrdə qaldığını, prezidentin isə müxtəlif kafe-restoranlarda yeyib-içməklə məşğul olduğunu söyləyib. O, M. Saakaşvilinin rahatlığını pozmağa davam edəcəklərinin bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR