Bank Of Baku

Gürcüstanın paytaxtında 4 mərtəbəli bina uçub

Gürcüstanın paytaxtında 4 mərtəbəli bina uçub
# 26 aprel 2009 12:28 (UTC +04:00)
Tiflis Fövqəladə Hallar Xidmətdən jurnalistlərə verilən açıqlamada bildirilib ki, hadisə səhər caat 5.00 radələrində baş verib.

Hadisə nəticəsində yaralananlar olsa da, ölən yoxdur. Yaralılar mərkəzi xəstəxanaya yerləşdiriliblər.

Telelayihənin iştirakçısı olan 7 nəfərə ilkin yardım göstəriləndən sonra onlar evə buraxılıblar. Layihənin aparıcısı olan iki jurnalistin taleyi barədə xəbər verilmir. Montajçılar Nika Gelaşvili və Georgi Qabeliyanın xisedilməsi üçün isə işlər davam etdirilir.

İndiyə qədər layihənin redaktoru Tatuli Nartkoşvili və jurnalist Hvans Mamatsaşvili qalıqlar arasından xilas edilib. Onların vəziyyəti qənaətbəxşdir.

Tiflis şəhər Fövqəladə Hallar Xidmətin rəhbəri Temur Giorqadze APA-nın müxbirinə deyib ki, bina uçan zaman içəridə 12-14 nəfər olub: “İndi biz iki nəfərin axtarışlarını davam etdiririk. Burada 100 nəfər xilasedicisi işləyir. Gürcüstan Daxili işlər Nazirliyinin 20 əməkdaşı da xilasetmə işlərinə cəlb olunub. Binanın uçmasının səbəbləri barədə hələlik nəsə deyə bilmərəm. Hüquq-mühafizə orqanları istintaq araşdırmalarına başlayıblar”,
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR