Bank Of Baku

Gürcüstan müxalifətinin liderlərindən biri vəfat edib

Gürcüstan müxalifətinin liderlərindən biri vəfat edib
# 26 aprel 2009 12:40 (UTC +04:00)
Tiflis - APA. Gürcüstan müxalifətinin liderlərindən biri vəfat edib. APA-nın məlumatına görə, Gürcüstanın ABŞ və İsveçrədəki keçmiş səfiri Levan Mikeladze bu gün Tiflisdə dünyasını dəyişib. Gürcüstanın BMT-dəki keçmiş daimi nümayəndəsi İrakli Alasaniyanın rəhbərlik etdiyi “Gürcüstan uğrunda Alyans” təşkilatının qərargahından “İnterfaks”a bildiriblər ki, L. Mikeladzenin vəfatının səbəbi ürək çatışmazlığıdır.

Qeyd edək ki, 2008-ci il noyabrın 7-də Tiflisdə keçirilən aksiyanın Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən zor tətbiq etməklə dağıdılmasından sonra L. Mikeladze bu ölkənin İsveçrədəki səfiri vəzifəsindən istefa verərək müxalifətə keçmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR