Bank Of Baku

Daşnaklar Ermənistan hökumətini tərk edir

Daşnaklar Ermənistan hökumətini tərk edir
# 27 aprel 2009 08:33 (UTC +04:00)
İrəvan – APA. Erməni İnqilabi Federasiyası Daşnaksutyun hökumət koalisiyasını tərk etməyə qərar verib. APA-nın “Armenia Today” saytına istinadən yaydığı xəbərə görə, qərar partiyanın aprelin 26-da keçirilən toplantısında qəbul olunsa da, hələlik rəsmi açıqlama verilməyib. Daşnaksutyunun nümayəndəsi Armen Rustamyan Təhlükəsizlik Şurasının aprelin 25-də keçirilən iclasına qatılmayıb. Partiyanın siyasi məsələlər üzrə Büro rəhbəri Kiro Manoyan bəyan edib ki, Daşnaksutyun Türkiyə ilə əldə olunan razılaşma barədə ona məlumat verilmədiyi üçün özünü aldadılmış sayır.

Qeyd edək ki, daşnaklar Ermənistan hökumətində üç nazir postu və bir neçə nazir müavini vəzifəsinə malikdir. Parlamentin sədr müavinlərindən biri də daşnakların təmsilçisidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR