Bank Of Baku

Ermənistan parlamenti Türkiyə-Ermənistan münasibətlərini müzakirə edəcək

Ermənistan parlamenti Türkiyə-Ermənistan münasibətlərini müzakirə  edəcək
# 27 aprel 2009 11:20 (UTC +04:00)
İrəvan-APA. “Ermənistan parlamenti Türkiyə ilə münasibətlər məsələsini mütləq müzakirə edəcək”. APA-nın məlumatına görə, bu fikirləri Ermənistan parlamentinin spikeri Ovik Abramyan deyib. Qeyd edək ki, müxalifətdə olan “İrs” fraksiyası Türkiyə-Ermənistan münasibətlərinə dair siyasi situasiyada dəyişikliklərlə bağlı parlamentdə qapalı və ya növbədənkənar dinləmələr keçirilməsi təşəbbüsü ilə çıxış edib. Fraksiya üzvləri “Yol xəritəsinin” bütün detalları ilə müzakirəsini vacib sayıblar. Parlamentin spikeri isə Ermənistanla Türkiyə arasında münasibətlərin bütün spektrinin müzakirə olunmasını əhəmiyyətsiz saydığını, yaxın iki gün ərzində bu münasibətlərlə bağlı bütün fraksiyalarla ümumi müzakirələr aparılacağını qeyd edib: “Mən boş-boşuna müzakirələr aparmağın əleyhinəyəm. Bununla belə hesab edirəm ki, belə məsələlərdə gecikə bilmərik. Bununla belə hesab edirəm ki, belə məsələlərdə gecikə bilmərik. Prezidentin xarici siyasətdə aktiv siyasətini dəstəkləyirəm bə Türkiyə-Ermənistan münasibətlərinin ilkin şərt olmadan yoluna qoyulması imkanlarının müzakirəsinə tərəfdaram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR