Bank Of Baku

Sergey Lavrov: “Avropa Birliyinin “Şərq tərəfdaşlığı”na dair bəzi şərhləri bizi ehtiyatlandırır”

Sergey Lavrov: “Avropa Birliyinin “Şərq tərəfdaşlığı”na dair bəzi şərhləri bizi ehtiyatlandırır”
# 28 aprel 2009 14:32 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Rusiya “Şərq tərəfdaşlığı” təşəbbüsünün Moskvaya qarşı yönəlmədiyinə dair Avropa Birliyindən zəmanət alıb”. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-AB tərəfdaşlığı Daimi Şurasının iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, AB “Şərq tərəfdaşlığı” təşəbbüsünün yeni təsir sferası yaratmaq cəhdi olmadığını bəyan edib: “Biz buna inanmaq istərdik. Amma gizlətmək istəmirəm ki, bu təşəbbüslə bağlı AB-nin bəzi şərhləri bizi ehtiyatlandırır. Biz bu məqamları dostcasına, tərəfdaş kimi müzakirə etdik və zəmanət aldıq ki, Rusiyaya qarşı yönələ biləcək heç bir fikir yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR