Bank Of Baku

Yaxın aylarda Azərbaycanda MDB-nin bir neçə tədbiri keçiriləcək

Yaxın aylarda Azərbaycanda MDB-nin bir neçə tədbiri keçiriləcək
# 29 aprel 2009 09:55 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Yaxın aylarda Azərbaycanda Müstəqil Dövlətlər Birliyinin (MDB) bir neçə tədbiri keçiriləcək. APA-nın məlumatına görə, mayın 29-da Bakıda MDB Elektroenerji Şurasının iclasının keçirilməsi nəzərdə tutulub. MDB-nin digər iki tədbiri isə Qəbələ rayonunda keçiriləcək. Orada iyunun 9-10-da MDB orqanlarının 2010-cu il üçün vahid büdcəsinin layihəsi üzrə MDB ölkələrinin ekspertlərinin müşavirəsi, iyunun 11-də isə MDB ölkələri gömrük xidmətləri rəhbərləri Şurasının iclası keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR