Bank Of Baku

Ermənistanda müxalifətçi jurnalist sui-qəsdə məruz qalıb

Ermənistanda müxalifətçi jurnalist sui-qəsdə məruz qalıb
# 30 aprel 2009 08:50 (UTC +04:00)
İrəvan – APA. Ermənistanın paytaxtı İrəvanda “Armenia Today” saytının koordinatoruna sui-qəsd edilib. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saat 05.00 radələrində baş verib. Saytın koordinatoru Argişti Kiviryan naməlum şəxslər tərəfindən həm döyülüb, həm də güllələnib. Xəstəxanaya çatdırılan jurnalistin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, “Armenia Today” saytı Serj Sarkisyan rejiminə qarşı müxalif mövqeyi ilə tanınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR