Bank Of Baku

Viktor Yuşşenko Praqada “Sarmatiya” layihəsinə dair ilk məsləhətləşmənin keçirilməsi təşəbbüsü ilə çıxış edib

Viktor Yuşşenko Praqada “Sarmatiya” layihəsinə dair ilk məsləhətləşmənin keçirilməsi təşəbbüsü ilə çıxış edib
# 30 aprel 2009 15:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Ukrayna prezidenti Viktor Yuşşenko mayın 7-də Praqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində Xəzər neftinin Avropa Birliyi ölkələrinə nəqlini təmin edəcək “Sarmatiya” layihəsinin reallaşdırılması üzrə ilk məşvərət xarakterli görüşün keçirilməsi təşəbbüsünü irəli sürüb. Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevin APA-ya verdiyi məlumata görə, V. Yuşşenko bu gün Azərbaycan, Gürcüstan, Litva və Polşa səfirləri ilə görüş keçirib. Görüşdə prezidentin enerji məsələləri üzrə müşaviri Boqdan Sokolovski, xarici işlər nazirinin birinci müavini Yuri Kostenko və digər rəsmilər də iştirak edib. Aprelin 24-də Varşavada Avrasiya neft nəqli dəhlizinin texniki-iqtisadi əsaslandırılmasının başa çatdığını bildirən V. Yuşşenko bununla bağlı fikirlərini bölüşüb. O, diplomatlardan xahiş edib ki, Praqada görüş keçirmək təşəbbüsünü öz dövlət və hökumət başçılarına çatdırsınlar. V. Yuşşenko görüşdə Ukrayna, Azərbaycan, Gürcüstan, Litva və Polşa rəhbərləri ilə yanaşı, Avropa Komissiyası sədrinin də iştirakını zəruri sayıb. Ukrayna prezidenti mayın sonu, iyunun əvvəlində Brüsseldə Avrasiya neft nəqli dəhlizinin təqdimatını keçirmək və birgə Memorandum imzalamağın vacibliyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR