Bank Of Baku

Gürcüstanda dövlət çevrilişinin qarşısı alınıb

Gürcüstanda dövlət çevrilişinin qarşısı alınıb
# 05 may 2009 10:59 (UTC +04:00)
Minimum məqsəd ölkədə keçiriləcək NATO təlimlərini pozmaq, maksimum məqsəd isə hərbi çevriliş həyata keçirmək olub. Açıqlamada çevriliş cəhdinin başçıları kimi generallar Kobaladze, Pirtsxalaişvili, Karkaraşvili, Tevzadze, Uçadze, Tskrialişvili və Qaxokidzenin adları çəkilir. Onların hər birinə 50 min dollar vəd olunub. Gizli müzakirələrin birində qeyd edilib ki, 5 min rus əsgəri də onlara qoşulacaq və Tiflis ələ keçiriləcək. Qiyam zamanı hakimiyyət komandasında təmsil olunan siyasətçilər Bokeriya, Ramişvili, Merabişvili, Uqulava və deputat Tarqamadzenin fiziki məhvi, Saakaşvili hakimiyyətinin düşmənləri Aslan Abaşidze, Levan Mamaladze, Kibar Xalvaşi və Levan Privelinin ölkəyə gətirilməsi planlaşdırılıb.

Qiyam cəhdinin üstü açıldıqdan sonra Muxrovani adlanan yerdə dislokasiya olunmuş tank briqadası hakimiyyət orqanlarına tabe olmadığını elan edib. Briqadanın Otanadze soyadlı komandirlərindən biri həbs edilib, Qvaladze soyadlı digər zabit isə axtarılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR