Bank Of Baku

Mixail Saakaşvili qiyamçı batalyonun yerləşdiyi əraziyə gedib

Mixail Saakaşvili qiyamçı batalyonun yerləşdiyi əraziyə gedib
# 05 may 2009 13:52 (UTC +04:00)
Tiflis – APA. Gürcüstan prezidenti Mixail Saakaşvili qiyamçı tank batalyonunun yerləşdiyi Muxrovaniyə gedib. APA-nın “Rustavi-2” telekanalına istinadən yaydığı xəbərə görə, M. Saakaşvili qiyamçılara silahı yerə qoymaq üçün vaxt verildiyini deyib: “Onlar könüllü tərksilah olsalar, aqibətləri yüngül olacaq. Hazırda danışıqlar aparılır”. Dövlət başçısı qiyamçıların Rusiya ilə əlaqəli olduqlarını söyləyib: “Bizdə məlumat var ki, Rusiya Gürcüstanda vəziyyəti daha da gərginləşdirmək istəyir. Biz şimal qonşumuza müraciət edərək onu provokasiyalardan əl çəkməyə çağırırıq, çünki heç bir provokasiya keçməyəcək”. O, Muxrovanidəki insidentin iki önəmli hadisə - “Şərq tərəfdaşlığı” proqramının imzalanacağı Avropa Birliyinin Praqa sammiti və Gürcüstandakı NATO təlimləri ərəfəsində baş verdiyinə diqqət çəkib: “Bu hadisələr öncəsində Rusiya Gürcüstan ərazisindəki hərbi qüvvələrinin sayını üç dəfə artırıb. Məqsəd kütləvi qarışıqlıq yaratmaq, Gürcüstan demokratiyasını və ölkənin avroatlantik strukturlara inteqrasiyasını əngəlləmək idi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR