Bank Of Baku

Gürcüstandakı qiyam cəhdi ilə bağlı 10 hərbçi həbs edilib

Gürcüstandakı qiyam cəhdi ilə bağlı 10 hərbçi həbs edilib
# 06 may 2009 09:13 (UTC +04:00)
Tiflis – APA. Gürcüstan Silahlı Qüvvələrinin Muxrovanidə yerləşən tank batalyonunda qiyam qaldırılması ilə bağlı 10 hərbçi həbs edilib. APA-nın “Rustavi-2” telekanalına istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları ümumilikdə 50 nəfəri dindirir. Həbs olunanlar arasında tank batalyonunun komandiri Mamuka Qorqiaşvili, “Delta” xüsusi təyinatlı dəstəsinin keçmiş komandiri Giya Qvaladze və Milli Qvardiyanın sabiq komandiri Koba Kobaladze də var. M. Qorqiaşvili istintaqa ifadəsində bildirib ki, Müdafiə Nazirliyinin keçmiş yüksək rütbəli əməkdaşı Koba Otanadze ona hərbi texnikanı paytaxt Tiflis istiqamətinə göndərməyi əmr edərək əvəzində pul vəd edib. Gürcüstan Daxili İşlər Nazirliyi K. Otanadze və digər sabiq hərbi məmurlar Giya Krialaşvili və Levan Amiridze haqqında axtarış elan edib. Onların yeri haqında məlumat verən şəxsə 50 min lari (30 min dollara yaxın) pul vəd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR