Bank Of Baku

NATO-da çalışmış gürcü diplomatı Rusiyaya casusluq üstündə həbs edilib

NATO-da çalışmış gürcü diplomatı Rusiyaya casusluq üstündə həbs edilib
# 06 may 2009 14:00 (UTC +04:00)
Tiflis – APA. Gürcüstanın NATO-dakı nümayəndəliyinin sabiq əməkdaşı Vaxtanq Maisaya Rusiyaya casusluq etdiyi üçün həbs edilib. APA-nın “Qruziya Online” portalına istinadən verdiyi məlumata görə, bunu prezident Mixailı Saakaşvili Gürcüstan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının zabitləri ilə görüşündə deyib. O bildirib ki, 4 il NATO-nun Brüsseldəki mənzil-qərargahında çalışan V. Maisaya bir neçə ilə əvvəl Rusiya xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilib və pul müqabilində dövlətin təhlükəsizliyinə böyük zərbə vurub. M. Saakaşvili sabiq diplomatın ötən ilin avqust müharibəsi zamanı Gürcüstan qoşunlarının dislokasiya yerləri haqda hər 1-2 saatdan bir düşmənə informasiyalar ötürdüyünü açıqlayıb: “Mən bilmirəm, insan nə qədər alçaq olmalıdır ki, nəinki öz dövlətinə qarşı işləsin, üstəlik, açıq hərbi qarşıdurma zamanı öz ordusunun məhvi üçün hər şeyi etsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR