Bank Of Baku

Gürcüstanda müxalifətçilərlə polis arasında toqquşma baş verib

Gürcüstanda müxalifətçilərlə polis arasında toqquşma baş verib
# 07 may 2009 07:44 (UTC +04:00)
APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, insident 2 minə yaxın insan daha əvvəl həbs olunmuş müxalifətçilərin azadlığa buraxılması tələbi ilə mitinq keçirərkən baş verib. Bəzi müxalifət tərəfdarları binanın hasarını yıxmağa çalışarkən polis onlara rezin güllələrlə atəş açıb. Nəticədə onlarla adam yaralanıb. Yaralılar arasında birləşmiş müxalifətin lideri Levan Qaçeçiladze və qardaşı, populyar müğənni Georgi, Mühafizəkarlar Partiyasının lideri Zviad Dzidziquri və “Gələcəyin Partiyası”nın lideri Georgi Maisaşvili də var. Daxili İşlər Nazirliyi baş verənlərə görə mitinqçilərin məsuliyyət daşıdığını bəyan edib. Nazir müavini Yekaterina Zquladze müxalifətin hərəkətlərini “polisə qarşı dəhşətli qanun pozuntusu” adlandırıb: “Bu hadisələri aksiyanın dağıdılması kimi yox, polisə hücum kimi qiymətləndirmək lazımdır”. O, aksiya iştirakçılarının binaya soxulmağa cəhd göstərdiyini, insident zamanı yaralanan 29 nəfərin Tiflis xəstəxanalarına aparıldığını, onlardan 22-nin aksiya iştirakçısı, 6-nın polis, 1-nin isə jurnalist olduğunu açıqlayıb: “Onların həyatına təhlükə yoxdur”. Həkimlərin etirazlarına baxmayaraq, Qaçeçiladze qardaşları klinikanı tərik ediblər. Hazırda parlamentin binası qarşısında müxalifətin etiraz aksiyası davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR