Bank Of Baku

Daxili işlər naziri 4 polisi döyüb

Daxili işlər naziri 4 polisi döyüb
# 07 may 2009 13:14 (UTC +04:00)
Kiyev – APA. Mayın 4-də Ukraynanın daxili işlər naziri Yuri Lutsenkonun Almaniyanın Frankfurt hava limanında törətdiyi qalmaqalın yeni təfərrüatları bəlli olub. APA-nın xəbərinə görə, Frankfurt polisinin sözçüsü Yurgen Linker “Alman dalğası”na açıqlamasında insident zamanı biri qadın olan 4 polis əməkdaşının xəsarət aldığını bildirib. O, polislərdən 2-nin hazırda xəstəxanada olduğunu söyləyib. Polis olayla bağlı tərtib etdiyi protokolu prokurorluğa göndərəcək.
Artıq prezident Viktor Yuşşenko Xarici İşlər Nazirliyinə insidenti araşdırmaq tapşırığı verib. Regionlar Partiyası isə prezident və baş naziri dərhal Y. Lutsenkonu istefaya göndərməyə çağırıb. Partiyadan bildiriblər ki, daxili işlər naziri törətdiyi çirkin qalmaqalla ölkəni biabır edib, Ukraynanın dövlət məmurunun adını batırıb, “Şərq tərəfdaşlığı” sammiti ərəfəsində Ukrayna dövləti haqqında “sərxoş və davakar adamların idarə etdiyi dövlət” kimi danışılmasına əsas yaradıb.
Xatırladaq ki, Ukraynanın daxili işlər naziri Yuri Lutsenko və 19 yaşlı oğlu Aleksandr mayın 4-də Frankfurt hava limanında sərxoş vəziyyətdə olduqları üçün təyyarəyə buraxılmayıblar. Təyyarənin kapitanı bu vəziyyətdə olan sərnişinlərlə uçmaq istəməyib, buna cavab olaraq Y. Lutsenko qışqırmağa başlayıb və Ukraynanın daxili işlər naziri olduğunu bildirib. Pilot polis çağırıb. Polis Y. Lutsenko və oğlunu saxlayıb. Müqavimət göstərən Aleksandr Lutsenkonun qolları qandallanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR