Bank Of Baku

Rusiya tələbələri dağlarda itkin düşüb

Rusiya tələbələri dağlarda itkin düşüb
# 09 may 2009 09:22 (UTC +04:00)
Adler – APA. Abxaziyada Vladimir Politexnik İnstitutunun 20-25 tələbəsindən ibarət qrup yoxa çıxıb. APA-nın Rusiyanın «İnterfaks» agentliyinə istinadən verdiyi məlumata görə, itkin düşən tələbələr Abxaziyaya istirahət məqsədi ilə gəliblər.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, tələbələrin itməsi barədə xəbəri hüquq-mühafizə orqanlarına iki gün öncə onların valideynləri verib. Valideynlər bildiriblər ki, tələbələr mayın 7-də Adler-Nijni Novqorod qatarı ilə Rusiyaya qayıtmalı idi.

İlkin məlumatlara görə, Abxaziyaya gələn tələbələr yerli icra hakimiyyəti orqanlarından baydarkalarda dağ çaylarında üzmək üçün icazə almaq istəyiblər. Lakin gənclər buna nail ola bilməsələr də, dağlıq əraziyə yola düşüblər.

İtkin düşən gənclərin axtarışına mayın 8-də başlanılıb və bu gün davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR