Bank Of Baku

Gürcüstanda hakimiyyətlə müxalifətin görüşü uğursuz olub

Gürcüstanda hakimiyyətlə müxalifətin görüşü uğursuz olub
# 09 may 2009 10:06 (UTC +04:00)
Tiflis. Vahab Rzayev - APA. Mayın 8-də Gürcüstanın müxalifət liderləri ilə ölkə parlamentinin spikeri David Bakradze arasında keçirilən görüşdə heç bir nəticə əldə olunmayıb. APA-nın məlumatına görə, görüş zamanı D.Bakradze müxalifətə bəzi demokratik islahatlarla bağlı müvafiq planın baxılmasını təklif edib, lakin müxalifətçilər yalnız prezident Mixail Saakaşvili ilə görüşlə bağlı məsələləri müzakirə etmək istəyib.

Eyni zamanda, görüşdən əvvəl də müxalifət liderləri tərəfindən spikerlə danışıqların əsas məqsədi prezidentlə görüşün vaxtı və formatın müəyyən edilməsinin olduğu bəyan edilib. Müxalifətçilərin bəyanlarına görə, hakimiyyət bu görüşün tam əleyhinə deyil, lakin görüşün gündəliyinin əvvəlcədən müəyyən edilməsi tələbi irəli sürülür.

Qeyd edək ki, prezidentlə görüşün əsas məqsədi isə öz növbəsində dövlət başçısına müxalifət tərəfindən istefa tələbinin çatdırılmasıdır.

Xatırladaq ki, bu gün Gürcüstan müxalifətinin etiraz aksiyalarına başlamasının bir ayı tamam olur və müxalifətin tələbləri dəyişməz qalır. Müxalifətçilər M.Saakaşvilinin istefasını və yeni prezidentin seçilməsini tələb edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR