Bank Of Baku

Dağıstanda 1,500 nəfərin iştirakı ilə kütləvi dava olub, ölən və yaralananlar var

Dağıstanda 1,500 nəfərin iştirakı ilə kütləvi dava olub, ölən və yaralananlar var
# 10 may 2009 08:00 (UTC +04:00)
Mahaçqala-APA. Dağıstanın Qayakənd rayonunda keçirilən güləş yarışması kütləvi dava ilə nəticələnib. APA-nın məlumatına görə, yarışın nəticələrindən razı qalmayan Qerqa və Utamış-Qayakənd sakinləri arasında baş verən davada min beş yüzə yaxın insan iştirak edib. Hadisə yerinə milis və OMON dəstələri gətirilsə də, onlar kütləvi iğtişaşların qarşısını ala bilməyiblər. İnsident zamanı odlu silahdan istifadə olunub, nəticədə rayon milis idarəsinin rəisi, podpolkovnik Baymuraz Temirxanov yaralanıb. Kütləvi toqquşma zamanı iştirakçılardan biri dünyasını dəyişib. Faktla bağlı qətlə və qanunsuz silah gəzdirmə maddələri ilə cinayət işi başlanıb. İnsidentin səbəbləri araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR