Bank Of Baku

Ukraynanın daxili işlər naziri istefa verib

Ukraynanın daxili işlər naziri istefa verib
# 12 may 2009 09:17 (UTC +04:00)
Kiyev – APA. Ukraynanın daxili işlər naziri Yuri Lutsenko vəzifəsindən istefa verib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, Y. Lutsenko Ali Radaya məktub göndərərək istefasına onun iştirakı olmadan baxılmasını xahiş edib. Nazirin istefası mayın 4-də Almaniyanın Frankfurt hava limanında baş vermiş insidentlə bağlıdır. Xatırladaq ki, Yuri Lutsenko və 19 yaşlı oğlu Aleksandr mayın 4-də Frankfurt hava limanında sərxoş vəziyyətdə olduqları üçün təyyarəyə buraxılmayıblar. Təyyarənin kapitanı bu vəziyyətdə olan sərnişinlərlə uçmaq istəməyib, buna cavab olaraq Y. Lutsenko qışqırmağa başlayıb və Ukraynanın daxili işlər naziri olduğunu bildirib. Pilot polis çağırıb. Polis Y. Lutsenko və oğlunu saxlayıb. Müqavimət göstərən Aleksandr Lutsenkonun qolları qandallanıb. Ancaq Y. Lutsenko bu iddiaları qətiyyətlə təkzib edib, hətta alman polisinin insidentə görə ondan üzr istədiyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR