Bank Of Baku

Moldova Kommunist Partiyası baş nazir Zinaida Qreçanayanı prezidentliyə namizəd irəli sürüb

Moldova Kommunist Partiyası baş nazir Zinaida Qreçanayanı prezidentliyə namizəd irəli sürüb
# 13 may 2009 13:51 (UTC +04:00)
Kişinyov-APA. Moldova Kommunist Partiyası baş nazir Zinaida Qreçanayanı prezidentliyə namizəd irəli sürüb. APA-nın məlumatına görə, Zinaida Qraçenaya 2008-ci ilin martından hökumətə başçılıq edir. Moldovada prezident parlament tərəfindən seçilir. Namizədliyin təsdiqlənməsi üçün 101 deputatdan ən azı 61 nəfəri dəstəyi lazımdır. Hazırkı prezident Vladimir Voronin iki dəfə prezident seçildiyinə görə, növbəti dəfə namizədliyini irəli sürə bilməyib. Qeyd edək ki, son parlament seçkilərindən sonra kommunistlər parlamentdə 60 mandat qazanıblar. Digər yerləri müxalifətdə olan Liberal-Demokrat Partiyası, Liberal Partiyası və “Bizim Moldova” alyansı qazansa da, onlar seçkilərin nəticələrinin saxtalaşdırıldığını elan ediblər. Müxalifət prezidentliyə namizədlə bağlı səsvermənin də boykot ediləcəyini bəyan edib. Müşahidəçilər kommunistlərin səsvermədə lazımı miqdarda səs toplamaq üçün bir neçə müxalifət nümayəndəsini öz tərəfinə çəkə biləcəyini ehtimal edirlər. Prezidentliyə namizədlə bağlı səsvermə mayın 20-nə təyin olunub. Qeyd edək ki, əvvəlki prezident Vladimir Voronin hazırda parlamentin sədridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR