Bank Of Baku

MDB hökumət başçıları 20-yə yaxın məsələ müzakirə edəcəklər

MDB hökumət başçıları 20-yə yaxın məsələ müzakirə edəcəklər
# 14 may 2009 13:40 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Müstəqil Dövlətlər Birliyi (MDB) hökumət başçıları Şurasının növbəti iclası mayın 22-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda 20-yə yaxın məsələ müzakirə olunacaq. Prioritet məsələ birliyin 2020-ci ilə qədər İqtisadi İnkişaf Strategiyasının birinci (2009-2011-ci illər) mərhələsinin həyata keçirilməsidir. Hökumət başçıları humanitar əməkdaşlıq, mədəni əlaqələrin inkişafı, cinayətkarlıqla mübarizə, üçüncü ölkələrdən gələn vətəndaşların və vətəndaşlığı olmayanların vahid qeydiyyatının aparılması, Böyük Vətən müharibəsində qələbənin 65 illiyinə hazırlıqla bağlı tədbirlər planı, Əfqanıstanda 1979-1989-cu illərdə itkin düşmüş hərbçilərin axtarışını davam etdirmək barədə qərar layihəsini də müzakirə edəcəklər. Rəsmi məlumatlara görə, Əfqanıstanda itkin düşmüş şəxslərin sayı 270 nəfərdir və onlardan 5-i Azərbaycandandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR