Bank Of Baku

Hillari Klinton Serj Sarkisyana məktub göndərib

Hillari Klinton Serj Sarkisyana məktub göndərib
# 15 may 2009 10:30 (UTC +04:00)
İrəvan – APA. ABŞ dövlət katibi Hillari Klinton Ermənistan prezidenti Serj Sarkisyana məktub göndərib. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, H. Klinton məktubunda ABŞ-ın Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Ermənistana davamlı dəstək verməyə hazır olduğunu bildirib. O, ikitərəfli əlaqələrə və “Minilliyin çağırışları” Korporasiyasının ayırdığı maliyyə yardımı ilə Ermənistanda həyata keçirilən proqramların perspektivinə də toxunub. Dövlət katibi qeyd edib ki, İrəvan bələdiyyəsinə seçkilərin azad və ədalətli keçirilməsi Ermənistanın demokratik prinsiplərə bağlılığını yenidən göstərəcək.
Xatırladaq ki, mayın 31-də İrəvan Ağsaqqallar Şurasına (bələdiyyə) seçki keçiriləcək. “İrəvanda yerli idarəetmə haqqında” qanuna uyğun olaraq qurum 65 deputatdan ibarət olacaq. Proporsional sistem üzrə keçiriləcək seçkidə qalib gələn partiyanın namizədlər siyahısında 1-ci olan şəxs avtomatik olaraq İrəvanın meri vəzifəsini tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR