Bank Of Baku

Çeçenistan Daxili İşlər Nazirliyinin binası qarşısında partlayış baş verib

Çeçenistan Daxili İşlər Nazirliyinin binası qarşısında partlayış baş verib
# 15 may 2009 11:20 (UTC +04:00)
Qroznı – APA. Çeçenistan Daxili İşlər Nazirliyinin binası qarşısında partlayış baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 2 milis əməkdaşı ölüb, 1-i yaralanıb. Hadisədən əvvəl milislər buraxılış məntəqəsindən DİN-in binasına keçmək istəyən iki naməlum şəxsi saxlayıblar. Bu zaman həmin adamlardan biri milislərdən birinin üstünə cumaraq onu qucaqlayıb və partlayıcını işə salıb. Çeçenistanın daxili işlər naziri Ruslan Alxanov hazırda kamikadzenin şəxsiyyətinin müəyyənləşdirildiyini və yardımçılarının olub-olmadığının araşdırıldığını bildirib. Terrorçunun cibində şəxsiyyətini təsdiq edən sənəd tapılıb. Bu sənədin həqiqi olub-olmadığı araşdırılır. Hadisə yerində olan digər şəxsin terrorda əlinin olub-olmadığı da müəyyənləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR