Bank Of Baku

Çeçenistanda 4 silahlı şəxs məhv edilib

Çeçenistanda 4 silahlı şəxs məhv edilib
# 16 may 2009 10:01 (UTC +04:00)
Qroznı – APA. Mayın 15-də Çeçenistan Daxili İşlər Nazirliyinin binası qarşısında partlayış törətmiş terrorçu-kamikadze Beslan Çaqiyevin qrupuna daxil olan 4 silahlı şəxs məhv edilib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Çeçenistanın daxili işlər naziri Ruslan Alxanov deyib. O, öldürülən silahlıların adlarını da açıqlayıb. Bunlar Taymir Beydullayev, Adam Belimxanov, Alvi Çesiyev və Musa Dövlətmirzəyevdir. M. Dövlətmirzəyevin avtomobilində partlayıcı qurğu, “Makarov” tapançası və 2 qumbara tapılıb.

Xatırladaq ki, B. Çaqiyevin törətdiyi terror aksiyası zamanı 2-si milis olan 4 nəfər ölüb. B. Çaqiyevin Doku Umarovun dəstəsinə daxil olduğu və “Harun”, “Zandulla” ləqəbləri ilə tanındığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR