Bank Of Baku

Gürcüstan müxalifəti bir daha prezident Mixail Saakaşvilini istefaya çağırıb

Gürcüstan müxalifəti bir daha prezident Mixail Saakaşvilini istefaya çağırıb
# 18 may 2009 17:07 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın müxalifət partiyaları Tiflisdə xüsusi bəyanatla çıxış ediblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bəyanatda deyilir ki, 26 May - Gürcüstanın Müstəqillik Günündə hakimiyyət və beynəlxalq ictimaiyyət təkrarən Gürcüstan əhalisinin haqq səsini eşitməlidir: “Ölkəni pis günə salan Mixail Saakaşvili istefa verməli, yeni prezident və parlament seçkiləri təyin edilməlidir. Belə olmazsa, ölkədə sülh olmayacaq, həyat öz konstruktiv axarı ilə getməyəcək. Hamı bilməlidir ki, bu, təkcə paytaxtda yaşayanların yox, bütün Gürcüstan əhalisinin tələbidir”.

Gürcüstan prezidenti M. Saakaşvili isə jurnalistlərə bildirib ki, Konstitusiyaya görə parlamentin səlahiyyətləri nə vaxt başa çatacaqsa, seçki də o vaxt keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR