Bank Of Baku

Rusiya, Cənubi Osetiya və Abxaziya Qafqazda təhlükəsizliyə dair Cenevrədə keçirilən konfransı tərk ediblər

Rusiya, Cənubi Osetiya və Abxaziya Qafqazda təhlükəsizliyə dair Cenevrədə keçirilən konfransı tərk ediblər
# 19 may 2009 07:42 (UTC +04:00)
Moskva – APA. Rusiya Qafqazda təhlükəsizliyə dair Cenevrədə keçirilən iki günlük konfransı tərk edib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib ki, Rusiya nümayəndə heyəti Cənubi Osetiya nümayəndələrinin ciddi şübhələrini bölüşərək bu qərara gəlib. Konfransa qayıtmağın şərti tədbirdə Abxaziya nümayəndələrini də iştirakının təmin olunmasıdır. Abxazlar bu respublikanın ərazisində və Gürcüstanda BMT müşahidəçilərinin bundan sonrakı fəaliyyətinə dair BMT baş katibinin məruzəsinin ortaya qoyulmamasına etiraz ediblər. Bundan başqa, onlar məruzədə Abxaziyanın Gürcüstan ərazisi olaraq qeyd olunmayacağına təminat istəyirlər. Cənubi Osetiya nümayəndələri də abxazlar olmadan Qafqazda təhlükəsizlik məsələsinin müzakirəsinin mənası olmadığını bildirərək konfransı tərk ediblər.

Qeyd edək ki, Cenevrədəki konfrans Qafqazda təhlükəsizliyə dair danışıqların 5-ci raundudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR