Bank Of Baku

Ukrayna prezident katibliyinin rəhbəri istefaya gedib

Ukrayna prezident katibliyinin rəhbəri istefaya gedib
# 19 may 2009 09:44 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenko prezident katibliyinin rəhbəri Viktor Baloqanın istefasını qəbul edib. APA-nın xəbərinə görə, V. Yuşşenko “Delo” qəzetinə müsahibəsində V. Baloqanın istefasında faciə görmədiyini söyləyib: “Hakimiyyətə yenidən enerji yüklənməsinin vaxtı çatıb. Qarşıdan seçki kampaniyası gəlir və cəmiyyətin bir qismi başqa simalar, başqa taktika, başqa münasibətlər görmək istəyir. Hesab edirəm ki, bu, təkmilləşmək üçün yaxşı üsuldur. Hər şey qanunauyğundur, gözlənilməz deyil”.
V. Yuşşenko bəyan edib ki, katibliyin rəhbərinin vəzifəsi prezident aparatının ritmik fəaliyyətini təmin etməkdir. Onun fikrincə, bu vəzifəni tutan şəxs eyni anda dövlət başçısının seçki qərargahına da rəhbərlik edərsə, onda prezidentin seçki kampaniyasında inzibati resurslardan istifadə etdiyinə dair ittihamlar səslənə bilər. V. Baloqanın onun seçki kampaniyasına başçılıq edib-etməyəcəyi haqda sualı cavablandıran V. Yuşşenko hazırda bu məsələ ilə bağlı məsləhətləşmələr apardığını deyib: “Sizin sualınız hələlik Baloqa ilə müzakirə olunmayıb. Düşünürəm ki, o, ürəyincə olan işlə məşğul olacaq. Seçki kampaniyasının təşkilinə kömək etmək istəyirsə, qapımız ona açıqdır. Başqa işlə məşğul olacaqsa, bu da onun hüququdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR