Bank Of Baku

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun gündəliyi açıqlanıb

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun gündəliyi açıqlanıb
# 19 may 2009 10:35 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İyunun 4-6-da Sankt-Peterburqda keçiriləcək Beynəlxalq İqtisadi Forumda 1236 nümayəndənin iştirakı təsdiqlənib. Təşkilat komitəsindən APA-ya verilən məlumata görə, forumda müzakirə olunacaq əsas mövzular Rusiya-ərəb dünyası, Rusiya-Avropa Birliyi və Rusiya-ABŞ biznes-dialoqları olacaq. Forumda iyunun 5-i “İqtisadi gün” elan edilib. Həmin gün keçiriləcək plenar iclasın mövzusu “Qlobal iqtisadi böhran: ilk nəticələr və irəliyə baxış” adlanacaq. Eyni gün “Neftin qiyməti neçədir?” adlı sessiya keçiriləcək və beynəlxalq mükafatlar təqdim olunacaq. Forumda iyunun 6-sı “Maliyyə günü”dür. Plenar iclas “Postböhran maliyyə arxitekturası” adlanacaq, müxtəlif aktual mövzularda sessiyalar keçiriləcək. Rusiya prezidenti Dmitri Medvedev forumun açılışında iştirak edəcək.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Sankt-Peterburq forumu çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarqisyanın növbəti görüşü keçirməyi planlaşdırırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR