Bank Of Baku

Viktor Yuşşenko UEFA kubokunun finalını izləmək üçün Türkiyəyə gedir

Viktor Yuşşenko UEFA kubokunun finalını izləmək üçün Türkiyəyə gedir
# 19 may 2009 14:24 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenko mayın 20-də Türkiyəyə işgüzar səfər edəcək. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, V. Yuşşenko İstanbul patriarxı I Varfolomey, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Leonidas Xrizantopulos və təşkilatın Parlament Assambleyasının baş katibi Aleksey Kudryavtsevlə görüşlər keçirəcək. Onun Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla da görüşü gözlənilir. V. Yuşşenko mayın 20-də İstanbulda Ukraynanın “Şaxtyor” (Donetsk) və Almaniyanın “Verder” (Bremen) komandaları arasında keçiriləcək UEFA kubokunun final matçını izlədikdən sonra Kiyevə qayıdacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR