Bank Of Baku

Rusiya, Cənubi Osetiya və Abxaziya Cenevrədə keçirilən danışıqlara qayıdıblar

Rusiya, Cənubi Osetiya və Abxaziya Cenevrədə keçirilən danışıqlara qayıdıblar
# 19 may 2009 15:25 (UTC +04:00)
Moskva – APA. Qafqazdakı vəziyyətlə bağlı Cenevrədə keçirilən danışıqların 5-ci raundunun iştirakçıları danışıqlar masasına qayıdıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın BMT yanındakı daimi nümayəndəliyinin baş müşaviri Aleksandr Pisarev deyib. O, mayın 18-də BMT baş katibinin məruzəsini gözləmək məqsədilə danışıqlardan çıxdıqlarını söyləyib: “Gecə məruzənin mətnini öyrəndik. Məruzə abxaz tərəfini qane etdiyi üçün bu gün danışıqlar əvvəl razılaşdırılmış formatda davam etdirildi”. A. Pisarev təhlükəsizlik və humanitar məsələlər, eləcə də qaçqınların problemləri üzrə işçi qrupların paralel iclaslarının keçirildiyini bildirib. Danışıqların növbəti raundu iyulun əvvəlində olacaq.
Qeyd edək ki, BMT-nin baş katibi Pan Giu Mun üç günlük gecikmə ilə Təhlükəsizlik Şurasına Qafqazdakı vəziyyətə dair növbəti məruzə təqdim edib. Məruzədə əvvəlkilərdən fərqli olaraq Abxaziyanın Gürcüstanın torpağı olduğuna dair qeyd yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR