Bank Of Baku

Moldova müxalifəti prezident seçkisini pozub

Moldova müxalifəti prezident seçkisini pozub
# 20 may 2009 11:29 (UTC +04:00)
Kişinyov – APA. Moldova parlamentinin müxalifətçi deputatları tam tərkibdə iclas zalını tərk edərək prezident seçkisini pozublar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, zalda yalnız hakim Kommunist Partiyasının deputatları (60 nəfər) qalıb və prezidenti seçmək üçün 1 səs çatmayıb. Prezident seçmək üçün 101 yerlik parlamentdə 61 səsə ehtiyac var. Müxalifət parlament seçkilərinin nəticələrinin saxtalaşdırıldığını bildirərək yeni seçki tələb edir.

Qanunvericiliyə uyğun olaraq prezident seçkisinin ilk turunda namizədlərin heç biri lazımi qədər səs toplaya bilməsə, ikinci tur keçirilir. İkinci turda da tələb olunan səs toplanılmasa, yenidən namizədlər irəli sürülür və seçki yenidən keçirilir. Bu seçki də nəticə verməsə, prezident parlamenti buraxır və yeni parlament seçkiləri keçirilir. Vladimir Voronin ardıcıl iki müddət bu vəzifəyə seçildiyi üçün prezidentliyə namizəd ola bilməz. Ötən həftə parlamentin sədri seçilən V. Voronin hələlik prezident səlahiyyətlərini də yerinə yetirir. KP prezident vəzifəsinə Zinaida Qreçanaya və Stanislav Qroppunun namizədliklərini irəli sürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR