Bank Of Baku

Yuliya Timoşenko Ukrayna prezidentliyinə namizəd olacağını rəsmən bəyan edib

Yuliya Timoşenko Ukrayna prezidentliyinə namizəd olacağını rəsmən bəyan edib
# 21 may 2009 11:46 (UTC +04:00)
Kiyev-APA. Ukraynanın baş naziri Yuliya Timoşenko prezidentliyə namizəd olacağını açıqlayıb. APA-nın məlumatına görə, baş nazir kiçik və orta biznes nümayəndələri ilə hökumətin birgə toplantısında bildirib ki, təmsil etdiyi qüvvə seçkilərə hazırlaşır. Qeyd edək ki, bundan əvvəl hazırkı prezident Viktor Yuşşenko, Regionlar Partiyasının sədri Viktor Yanukoviç, sabiq müdafiə naziri Anatoli Qriçenko, Kiyev meri Leonid Çernovetski, Ali Radanın sabiq spikeri Arseni Yatsenyuk da seçkilərdə öz namizədliklərini irəli sürəcəklərini açıqlayıblar. Sosioloji sorğulara görə, hazırda Ukraynanın ilk üç ən populyar siyasətçiləri Viktor Yanukoviç, Yuliya Timoşenko və Arseni Yatsenyukdur. Digər altı namizədin qalib gəlmək şansı isə hipotetik olaraq mümkündür. Seçkilərin dəqiq tarixi müəyyənləşməyib. Lakin seçkilərin gələn il yanvarın 17-də keçirilməsi ehtimalı böyükdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR