Bank Of Baku

Son 10 ildə Rusiyada xarici vətəndaşlara qarşı törədilən cinayətlərin sayı 68 faiz artıb

Son 10 ildə Rusiyada xarici vətəndaşlara qarşı törədilən cinayətlərin sayı 68 faiz artıb
# 21 may 2009 16:02 (UTC +04:00)
Moskva. R. Mətləboğlu-APA. Son 10 ildə Rusiyada xarici vətəndaşlara qarşı törədilən cinayətlərin sayı təxminən iki dəfə artıb. Bu məlumatı hökumətin miqrasiya siyasətinə həsr olunmuş toplantısında çıxışı zamanı Rusiya Prokurorluğu yanında Təhqiqat Komitəsinin sədri Aleksandr Bastrıkin açıqlayıb. Onun sözlərinə görə, 1998-2008-ci illər ərzində xarici vətəndaşlara qarşı törədilən cinayətlərin sayı 9 mindən 15 minə qədər, yaxud 68 faiz artıb. Bundan başqa Rusiya ərazisində xarici vətəndaşların cinayət törətməsinə dair faktlarda da artım qeydə alınıb. 2008-ci ildə belə faktların sayı bir il əvvələ nisbətən 7,5 faiz artıb. Bu kontekstdə daha çox Özbəkistan və Tacikistan vətəndaşları məsuliyyətə cəlb olunublar. Xarici vətəndaşların iştirakı ilə cinayətlər daha çox Moskvada, Moskva vilayətində, Sankt-Peterburq və Kransnodar vilayətində qeydə alınıb. Toplantıda Rusiyadakı qeyri-leqal mühacirlərin yalnız 0,5 faizinin ölkənin hüdudlarından kənara çıxarıldığı vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR