Bank Of Baku

Astanada MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilir - FOTO

Astanada MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilir - <font color=red>FOTO</font>
# 22 may 2009 08:00 (UTC +04:00)
Astana. Ləman Ağayeva-APA. Bu gün Astanada MDB Hökumət Başçıları Şurasının növbəti iclası öz işinə başlayıb. APA-nın Qazaxıstandakı müxbirinin verdiyi məlumata görə, iclasda 18 sənəd layihəsinin müzakirəsi olacaq. Hökumət başçıları “MDB-nin iqtisadi inkişaf strategiyasının (2009 – 2011-ci illərdə) birinci mərhələsi və 2020-ci ilə qədər inkişaf strateqiyası”, “Humanitar əməkdaşlıq sahəsində MDB dövlətlərinin 2009-2010-cu illərdə mühüm tədbirlər planı”, “MDB-nin ümumi təhsil məkanının gələcək inkişafı ilə əlaqədar tədbirlər planı haqqında qərar layihəsi və 2010-cu ildə təhsil sahəsində əməkdaşlıq məsələləri”, “Cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsi haqqında saziş”, “Böyük Vətən Müharibəsində qələbənin 65 illiyi ilə əlaqədar birə tədbirlər planının müzakirəsi” və “1941-45-ci illərdə Böyük Vətən Müharibəsində qələbənin 65 illiyi” birgə yubiley medalının hazırlanması”, “MDB ölkələrində dövlətə məxsus təyyarələrdə baş verən qəzaların araşdırılması haqqında əməkdaşlıq sazişi”, kitabxana, ədəbiyyat, tərcümə , eləcə də başqa sahələrdə hüquqi baza sənədlərinin müzakirəsi və qəbul edilməsi gözlənilir. Qeyd edək ki, Azərbaycanı bu sammitdə baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR