Bank Of Baku

MDB-nin Humanitar Əməkdaşlıq Şurası və Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin birgə iclası keçirilib - FOTOSESSİYA

MDB-nin Humanitar Əməkdaşlıq Şurası və Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin birgə iclası keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 22 may 2009 08:20 (UTC +04:00)
Astana. Ləman Ağayeva – APA. Qazaxıstanın paytaxtı Astanada MDB-nin Humanitar Əməkdaşlıq Şurası və Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondun İdarə Heyətinin birgə iclası keçirilib. APA-nın Qazaxıstan və Mərkəzi Asiya üzrə xüsusi müxbirinin məlumatına görə, iclasda Azərbaycanı Humanitar Əməkdaşlıq Şurasının Azərbaycan üzrə nümayəndəsi, Rusiyadakı səfir Polad Bülbüloğlu təmsil edib. Toplantıda MDB ölkələrində 2009-cu ilin “Gənclər ili” elan edilməsi ilə əlaqədar tədbirlər planının yerinə yetirilməsi, 2010-cu ilin “Elm və innovasiya” ili elan olunması ilə bağlı qarşıda duran məsələlər, Böyük Vətən müharibəsində qələbənin 65 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

P. Bülbüloğlu APA-ya açıqlamasında bildirib ki, Astanada keçirilən tədbirin keçmiş sovet respublikaları üçün böyük əhəmiyyəti var: “Bu cür tədbirlərdə ziyalılar, elm və incəsənət adamları görüşür, dağılan ədəbi, mədəni əlaqələrin yenidən bərpasına çalışırlar. Bu görüşlərin nəticəsi olaraq avqust ayında Düşənbə şəhərində MDB ölkələrinin müğənnilərinin festivalının keçirilməsi qərara alınıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR