Bank Of Baku

Ukrayna parlamentinin sabiq sədri Arseni Yasenyuk prezidentliyə namizəd olacağını açıqlayıb

Ukrayna parlamentinin sabiq sədri Arseni Yasenyuk prezidentliyə namizəd olacağını açıqlayıb
# 22 may 2009 10:59 (UTC +04:00)
Kiyev – APA. Ukrayna Ali Radasının sabiq sədri, “Dəyişikliklər cəbhəsi” adlı vətəndaş təşəbbüsünün rəhbəri olan Arseni Yasenyuk qarşıdan gələn prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. APA-nın xəbərinə görə, A. Yasenyuk Ukraynanın “Profil” jurnalına müsahibəsində prezident seçkilərində iştirakçı olmayacağını və qələbə üçün seçkiyə qatılacağını bəyan edib.

Qeyd edək ki, bu gün (22 may) A. Yasenyukun 35 yaşı tamam olub və o, Konstitusiyaya əsasən prezidentliyə namizəd olmaq hüququ qazanıb. Reytinqi dinamik şəkildə yüksələn A. Yasenyuk hazırda Viktor Yankoviç və Yuliya Timoşenkodan sonra Ukraynada 3-cü nüfuzlu siyasətçi sayılır.
Ukraynada prezident seçkilərinin 2010-cu il yanvarın 17-nə təyin olunacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR