Bank Of Baku

Özbəkistan-Qırğızıstan sərhədində qan tökülüb

Özbəkistan-Qırğızıstan sərhədində qan tökülüb
# 26 may 2009 11:33 (UTC +04:00)
Bişkek. Ləman Ağayeva - APA. Mayın 25-dən 26-na keçən gecə Özbəkistanın Əndican və Qırğızıstanın Cəlalabad vilayətləri arasındakı “Xanabad” gömrük məntəqəsində insident baş verib. APA-nın Qazaxıstan və Mərkəzi Asiya üzrə müxbirinin məlumatına görə, “Uznews” agentliyi ərazidə partlayış baş verdiyi haqda xəbər yayıb, bir qədər sonra Qırğızıstan Daxili İşlər Nazirliyi sərhədin Özbəkistan hissəsində atışma qeydə alındığını və qarşı tərəfdə qan izləri göründüyünü açıqlayıb. Sərhəd özbək tərəfinin təşəbbüsü ilə bağlanıb, “Xanabad” postuna gedən yollarda zirehli texnika yerləşdirilib və əlavə postlar qurulub.
“Central Asian News” agentliyi isə naməlum şəxslərin Özbəkistanın Xanabad şəhər Daxili İşlər Şöbəsi və Milli Təhlükəsizlik Xidmətinin binalarına hücum etdiyini xəbər verib. Agentlik hücumda 20-yə yaxın silahlı şəxsin iştirak etdiyini və hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşının həlak olduğunu bildirib. “Fergana.ru” saytı da hücum faktını təsdiqləyib. Özbəkistanın rəsmi dairələri hələlik hər hansı açıqlama verməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR