Bank Of Baku

Özbəkistandakı terror aksiyalarına görə məsuliyyəti “İslami cihad” təşkilatı öz üzərinə götürüb

Özbəkistandakı terror aksiyalarına görə məsuliyyəti “İslami cihad” təşkilatı öz üzərinə götürüb
# 27 may 2009 10:50 (UTC +04:00)
Daşkənd – APA. Özbəkistanda baş vermiş terror aksiyalarına görə məsuliyyəti “İslami cihad” təşkilatı öz üzərinə götürüb. APA-nın “Uznews” agentliyinə istinadən verdiyi məlumata görə, bəzi mətbuat orqanlarına “İsdlami cihad” adından çıxış edən naməlum şəxsin müraciəti daxil olub. Müraciətdə bildirilir ki, “bir qrup mücahid Xanabad şəhərində milis şöbəsinə və Milli Təhlükəsizlik Xidmətinin binasına hücum edib. Onlar tapşırığı müvəffəqiyyətlə yerinə yetirərək itkisiz geri dönüblər”. Məktubda mayın 26-da Əndicanda törədilən partlayışların arxasında da eyni təşkilatın dayandığı iddia edilir. Kiril əlifbası ilə, özbək dilində yazılan məktubda qeyd olunur ki, terror aksiyaları “günahsız müsəlmanların ölümünə görə İslam Kərimov rejimindən intiqam almaq” məqsədilə həyata keçirilib.

Qeyd edək ki, “Uznews” Əndicandakı partlayış nəticəsində azı 16 nəfərin öldüyü haqda xəbər yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR