Bank Of Baku

Özbəkistan Baş Prokurorluğu ölkə ərazisində basqın və terror törədən silahlı dəstələrin Qırğızıstandan gəldiyini açıqlayıb

Özbəkistan Baş Prokurorluğu ölkə ərazisində basqın və terror törədən silahlı dəstələrin Qırğızıstandan gəldiyini açıqlayıb
# 27 may 2009 13:04 (UTC +04:00)
Bişkek. Ləman Ağayeva - APA. Özbəkistanın Baş Prokurorluğu mayın 25-dən 26-na keçən gecə Qırğızıstanla sərhəddə baş verən hadisələrlə başlı rəsmi məlumat yayıb. APA-nın Qazaxıstan və Mərkəzi Asiya üzrə müxbirinin məlumatına görə, açıqlamada bildirilir ki, mayın 26-na keçən gecə 2-3 quldur dəstəsi Əndican vilayətinin Xanabad şəhərindəki milis postuna silahlı basqın edib: “Post patrul xidməti əməkdaşları ilə yaranan atışma zamanı 1 milis və 1 quldur yaralanıb. Milis əməkdaşlarının müqavimətinə rast gələn quldurlar gecə vaxtı qaçıb gizlənə biliblər. Mayın 26-da isə Əndican şəhərinin Fitrət küçəsində naməlum kişi özünü partladıb. Nəticədə 1 milis əməkdaşı və bir neçə vətəndaş yaralanıb. İlkin istintaqın nəticələrinə əsasən quldur dəstələri Əndican vilayətinə qonşu Qırğızıstandan keçib”.
Qırğızıstanın Sərhəd Xidməti isə Özbəkistan Baş Prokurorluğunun məlumatını təkzib edərək sərhəd-buraxılış məntəqəsindən heç kimin qeyri-qanuni buraxılmadığını bəyan edib: “Özbəkistanın hüquq-mühafizə orqanları bu barədə hər hansı sübut təqdim etsələr, biz birgə əməliyyat tədbirləri keçirməyə və hadisələri törədən şəxslərin axtarışında kömək göstərməyə hazırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR