Bank Of Baku

Moskvada iş adamının 120 min dollarını qarət ediblər

Moskvada iş adamının 120 min dollarını qarət ediblər
# 27 may 2009 14:20 (UTC +04:00)
Moskva-APA. Rusiya paytaxtında bir qrup şəxs adı açıqlanmayan iş adamını qarət ediblər. APA-nın məlumatına görə, Moskvanın şərq rayonlarından birində dörd nəfər silahlı bir iş adamını silahla qorxudaraq çantasını əlindən alıblar. Çantada 120 min dollar pul olduğu bildirilir. Şahidlərin sözlərinə görə, cinayətkarlar hadisə yerini tünd rəngli “Audi” markalı maşında tərk ediblər. Avtomobilin tapılması üçün axtarış elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR