Bank Of Baku

Gürcüstan parlamentinin binası qarşısında polislə müxalifətçilər arasında toqquşma baş verib

Gürcüstan parlamentinin binası qarşısında polislə müxalifətçilər arasında toqquşma baş verib
# 29 may 2009 07:40 (UTC +04:00)
Tiflis – APA. Mayın 28-də axşam Gürcüstan parlamentinin binası qarşısında polislə müxalifətçilər arasında toqquşma baş verib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, əlində polis dəyənəyi olan 20-yə yaxın mülki geyimli şəxs müxalifətin mitinqini mühafizə edən qrupa hücum edib. Dava-dalaşda azı 10 nəfər yaralanıb. Müxalifətçilərə əlavə qüvvə gəldikdən sonra basqınçılar qaçıblar. Müxalifət olayı Daxili İşlər Nazirliyinin provokasiyası hesab edir. DİN isə müxalifətçilərin aksiyanı videolentə alan polis əməkdaşını saxladıqlarını, hadisə yerinə gələn polislərin öz həmkarlarını azad etməyə çalışdığını açıqlayıb: “Onlara soyuq silahdan istifadə etməklə fiziki müqavimət göstərilib. Üç polis əməkdaşı yaralanıb və hazırda xəstəxanada müalicə olunur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR